Teymur Rəcəbov Dünya Kubokunun 1/4 finalında ilk oyununu keçirib

  • SpaceTV
  • 23 Sentyabr 2019 17:15

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku turnirinin 1/4 final mərhələsinin birinci partiyaları oynanılır.

“Space” xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ABŞ təmsilçisi Ceffri Şonqa ilə üz-üzə gəlib.

Şahmatçılar arasında ilk duel heç-heçə yekunlaşıb. Növbəti görüş sabah olacaq. Orada da bərabərlik qeydə alınarsa, qalib sentyabrın 25-də tay-breykdə müəyyənləşəcək.

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.

Paylaş

 Xəbəriniz olsun