“Tesla”nın səhmləri dəyərinin 21 faizini itirdi

  • Space TV
  • 9 Sentyabr 2020 15:24

ABŞ-ın elektromobil istehsalçısı “Tesla”nın səhmləri dəyərinin beşdə birindən çoxunu itirib.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Şirkətin səhmləri 21 faiz dəyər itirərək 330 dollara (561 manat) bərabər olub.

Şirkətin səhmlərinin dəyəri hələ sentyabrın 1-də 498 dollardan (846 manat) çox olub.

Analitiklərin fikrincə, istehsalçının səhmlərinin qiymətinin azalması bundan əvvəl sözügedən qiymətli kağızların dəyərinin kəskin artımı, həmçinin “Tesla”nın ötən həftə “S&P 500” geniş bazar indeksinə daxil ola bilməməsi təsir göstərə bilər.

Paylaş

 Xəbəriniz olsun