Terrorçular yenə mülki şəxslərə hücum etdi – 2 ölü, 12 yaralı

  • SpaceTV
  • 15 Oktyabr 2019 14:49

YPG/PKK errorçuları Türkiyənin Mardinin rayonunun Qızıltəpə qəsəbəsinə top və raket zərbələri endirib.

SPACE TV “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nəticəsində 2 nəfər şəhid olub, 12 nəfər isə yaralanıb. Yaralılar Qızıltəpə və Madin xəstəxanalarına yerləşdirilib. Suriyanın Münbiç şəhəri istiqamətindən Türkiyə əsgərlərinə raketlər atılması nəicəsində isə 1 hərbçi şəhid olub, 8-i yaralanıb. Anında qarşılıq verilməsi ilə 15 terrorçu məhv edilib.

Qeyd edək ki, Türkiyə ordusunun Suriya ilə sərhəddə “təhlükəsizlik zolağı” yaratmaq məqsədilə keçirdiyi “Barış pınarı” adlı antitteror əməliyyatı davam edir.

Paylaş

 Xəbəriniz olsun