Terrorçular yenə hücum etdilər – 3 əsgər yaralandı

  • SpaceTV
  • 19 Oktyabr 2019 14:57

Teror qruplaşması YPG/PKK Türkiyə və ABŞ arasında imzalanan razılaşmaya baxmayaraq Suriya-Türkiyə sərhəddində Suriya Milli Ordusuna atəş açıb.

SPACE TV türk mediasına istinadən xəbər verir ki, 120 saat içində bölgədən geri çəkilməli olduğu halda birləşmələr snayperləri atəşə tutublar. Hücum nəticəsində 3 əsgərin yaralandığı bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi “Tvitter” hesabından terrorçuların 36 saata 14 hücum həyata keçirdiklərini qeyd edib.

Qeyd edək ki, Türkiyə-ABŞ arasında imzalanan və 13 maddədən ibarət müqaviləyə əsasən, terrorçular 120 saat ərzində bölgəni tərk etməlidirlər.

Paylaş

 Xəbəriniz olsun