Terror əməliyyatlarında 21 nəfər saxlanılıb

  • SpaceTV
  • 30 Avqust 2019 11:11

Space TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir və Muğlada həyata keçirilən terror əməliyyatlarında PKK/KCK və İŞİD-ə işlədikləri 1 sentyabr Dünya Sülh Günü bəhanəsiylə qanundan kənar mitinq hazırlığında olduqları müəyyən edilən 21 nəfər saxlanılıb. 

Məlumatlara görə, araşdırmalar zamanı bəlli olub ki, saxlanılan şübhəlilər gərginlik yaratmağa, küçə etirazlarını yenidən başlamağa hazırlıq işləri görüblər. 

Bu arada, Şırnakda 2 PKK-lı terrorçu təslim olub. Kıran-2 əməliyyatları zamanı təslim olan PKK üzvlərinin 2-də qadındır. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, təslim olan hər iki qadın Çatak ərazi polisində itkin olaraq axtarılan M.O və S.T adlı terrorçulardır.

Paylaş

 Xəbəriniz olsun