“Terminator -2” filmində oynayan aktrisa vəfat edib – FOTO

  • Space TV
  • 1 Sentyabr 2020 10:45

“Terminator -2: Axirət günü” filmində oynayan aktrisa Lesli Hemilton 64 yaşında vəfat edib.

Spacetv.az xəbər verir ki, bu barədə “Movieweb” xəbər yayıb.

Bildirilir ki, Lesli Hemilton sözügedən filmin hər iki hissəsində Sara Konnor rolunu oynayan Linda Hemiltonun əkiz bacısıdır.

Bu, tibb bacısı işləyən Lesli Hemiltonun filmdə ilk rolu olub.

Rejissor Ceyms Kemeron Lesliyə filmin ikinci hissəsində çəkilməyi təklif edib. O, Sara Konnora çevrilən “Terminator T-1000” obrazında olub.

Bundan başqa, o, filmdə qəhrəmanın meydanda balaca Conla oynayan özünü müşahidə etdiyi səhnədə də oynayıb. Bu hissədə hər iki bacı iştirak edib.https://player.baku.tv/embed/23975

Paylaş

 Xəbəriniz olsun