Televizor və notebook oğurlandı

  • Space TV
  • 14 May 2020 15:25

Oğurluq zamanı obyekt sahibinə ümumilikdə 800 manat ziyan dəyib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Cəmil Mirzəyev saxlanılıb. O, ifadəsində oğuladığı əşyalarını 127 manata satdığını bildirib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu Səməd Vurğun küçəsində bir  “VAZ 2121” markalı avtomobilin salonundan iki ədəd mobil telefon oğurlayaraq satdığı da məlum olub.

Qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun