“Televiziyalarda problem görmürük

  • Space TV
  • 6 Noyabr 2019 15:54

Azərbaycan telekanallarında yayımlanan seriallarda bayağılıq, sünilik bizi narahat edir. Xüsusilə də ailə münasibətlərində. Bu sözləri Milli televiziya və radio şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirdi.

Sədr həmçinin Azərbaycanda fəaliyyət göstərən televiziyaların hazırkı vəziyyəti barədə də danışdı və bildirdi ki, bu sahədə ciddi problem hiss olunmur. O,   ölkə həqiqətlərinin dünyaya çatdırılmasında özəl televiziyaların rolunu xüsusi qeyd etdi.

Qeyd edək ki, bu gün televiziya və radio işçilərinin peşə bayramıdır. Bu münasibətlə televiziya işçiləri  ümumilli lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

NƏRGİZ ƏRƏSTUNQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun