Teleradio yayımı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün layihələr hazırlanıb

  • Space TV
  • 18 Yanvar 2021 15:27

Milli Televiziya və Radio Şurası 2020-ci il ərzində televiziya və radio yayımı ilə bağlı Azərbaycan qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq layihələr hazırlanıb və aidiyyatı qurumlar qarşısında təkliflərlə çıxış edib.

Spacetv.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi qabaqcıl Avropa ölkələrinin, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Qazaxıstanın və Rusiya Federasiyasının bu sahədə olan qanunvericilik yeniliklərini öyrənmiş, Azərbaycanın yerli xüsusiyyətləri nəzərə alınmaqla bu yenilikləri ehtiva edən layihələr təqdim olunub.

Paylaş

 Xəbəriniz olsun