Telefonların hamilə qadınlara təsiri

  • SpaceTV
  • 25 Sentyabr 2019 15:51

Müasir insan həyatını mobil telefonu olmadan təsəvvür etmək demək olar ki, mümkün deyil. Ancaq bu telefon şüalarının insanlara böyük zərərləri də var.

Mobil telefonlardan kor-koranə istifadə  uşaqdan tutmuş böyüyə qədər hər  kəs üçün ciddi təhlükə mənbəyidir.  Xüsusilə də hamilə qadınlar üçün. Bəzi hallarda mobil telefon asılılığı yalnız qadınların özlərinin deyil, bətnlərindəki körpənin səhhətində belə ağır fəsadlara yol aça bilir. 

Həkim Xəyalə Təhməzi (Mama-Ginekoloq);—Nəzərə almaq lazımdır ki, mobil telefonların özündən xaric etdiyi şüalar həm qadınların öz sağlamlığına həm də bətnlərində daşıdıqları körpələrin sağlamlıqlarına ciddi təhlükə törədə bilər. Bu baxımdan elə ana bətnindən başlıyaraq mobil telefonlara olan alışqanlıqlardan uzaqlaşmaqda fayda vardır.

Mobil telefonların hamilə qadınlara ən böyük təsiri isə ana bətnindəki körpənin  əqli inkişafının qarşısını almasıdır. Hamiləlik dövründə anaların mobil telefondan daim istifadə etməsi, doğulan uşağın sağlamlığına, immun sisteminə, sinir sisteminə , yuxu sisteminə mənfi təsirlər göstərir. Bəs hamiləliyin hansı dövründə daha ciddi fəsadlara  gətirib çıxara bilər?

Həkim Xəyalə Təhməzi (Mama-Ginekoloq) ;—Dölün formalaşması daxili orqanların formalaşması 8 həftəyə qədər tamamlanır. Bu müddət ərzində ətraf mühitin təsirləri istifadə olunan lazımsız dərmanların təsirləri eyni zamanda qeyd etdiyimiz mobil telefonlar, kompüter, planşetlərin təsirləri uşağın formalaşmasında xoşagəlməz qüsurların yaranmasına təsir göstərə bilir.

Qeyd edək ki, uşaqlar yaşlılardan ən azı, ikiqat, daha çox mikrodalğa radiasiyası qəbul edir. Yatarkən də mobil telefonların yaxında qoyulması məsləhət görülmür. Xüsusilə də yastığın altına, yatağın yanına , yaxud da yanınıza qoymayın. Eyni zamanda telefonu bədənə yaxın bir yerdə, cib və ya sinədə daşımamaq da tövsiyə edilir.

Lalə Ülviqızı İsa İsmayılov Space

Paylaş

 Xəbəriniz olsun