Tel-Əvivin hava limanında “Boeing”in uçuş zamanı mühərriki yandı

  • Space TV
  • 9 Yanvar 2020 12:44

İsrailin Tel-Əviv şəhərində “Boeing 737” təyyarəsinin aeroportdan uçuş həyata keçirmək istədiyi zaman mühərriki alovlanıb.

“Vesti İsrail” xəbər verir ki, “Rwanda Air” aviaşirkətinə məxsus olan təyyarənin göyərtəsində 100-dən çox sərnişin olub.

Hava gəmisi Ben-Qurion aeroportundan Ruandanın paytaxtı Kiqaliyə uçmalıymış.

Lakin reys təxirə salınıb, sərnişinlər isə terminala qaytarılıblar.

Mühərrikin texniki nasazlıq ucbatından alovlandığı məlum olub.

Paylaş

 Xəbəriniz olsun