Tehran və Kiyev raketlə vurulan təyyarə ilə bağlı razılıq əldə etdilər

  • SpaceTV
  • 21 Yanvar 2020 11:13

İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami Prezident Həsən Ruhaninin rəsmi nümayəndəsi kimi Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

SPACE TV xəbər verir ki, görüşdə Tehranda yanlışlıqla raketlə vurulan təyyarə ilə bağlı məsələni müzakirə ediblər. Tərəflər təyyarənin bütün qalıqlarının Ukraynaya qaytarılması və İrandan mütəxəssislərin Kiyevə gələrək “qara qutu”nun tədqiqində iştirak etmələri barəsində razılıq əldə ediblər.

Görüşdə həlak olanların ailələrinə təzminat verilməsi məsələsi də müzakirə olunub. Ukrayna Prezidenti V.Zelenski bildirib ki, üzərinə düşən öhdəliyi yerinə yetirir.

Paylaş

 Xəbəriniz olsun