Tbilisiyə gedən avtobus qəzaya düşdü: Ölən və yaralılar var

  • Space TV
  • 27 Dekabr 2019 10:22

Moskvadan Tbilisyə gedən sərnişin avtobusu qəzaya uğrayıb.

SPACE TV xəbər verir ki, hadisə bu gün axşam saatlarında Stanovlyanski rayonu ərazisində baş verib. Qəza nəticəsində iki nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.

Hadisə zamanı avtobusda 19 sərnişin olub. Onların hamısı Gürcüstan vətəndaşlarıdır. Qəzaya səbəb kimi yolun sürüşkən olduğu göstərilir.

Hazıırda faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun