Tbilisinin mərkəzində partlayış – 1 ölü, 3 yaralı + Video

  • Space TV
  • 4 Sentyabr 2020 17:34

bilisinin mərkəzində yerləşən Filarmoniya Konsert binasının yaxınlığında partlayış baş verib.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Güclü bir partlayış eşitdik, dəqiq nə baş verib, hələ bilmirik. Polis dərhal gəldi, təcili yardım. Üç nəfərin yaralandığını, birinin öldüyünü söyləyirlər …” – şahidlərdən biri RİA Novosti-yə bildirib.

Yanğınsöndürmə və xilasetmə qrupları, həmçinin polis hadisə yerinə cəlb olunuv. Hüquq-mühafizə orqanları hələ heç bir açıqlama verməyib. Partlayışa nəyin səbəb olduğu hələlik məlum deyil.

İlkin məlumata görə,  Tbilisi Filarmoniyasının yaxınlığında yerləşən “Dejavu” klubunun binasında oksigen balonu partlayıb.

Paylaş

 Xəbəriniz olsun