Tbilisidə silahlı şəxslər klinikanı qarət edib

  • Space TV
  • 1 Dekabr 2020 12:44

Tbilisidə Dəniz Xəstəxanasına iki nəfər silahlı şəxs hücum edib.

Spactv.az xəbər verir ki, hadisə ötən gün baş verib.

Həmin şəxslər klinikaya daxil olmağa cəhd ediblər. Mühafizəçilər onların silahlı olduğunu görüb buna imkan verməyiblər. Nəticədə basqınçılar mühafizəçilərə atəş açıblar.

Binaya daxil olan silahlı şəxslərin xəstəxanadan 3 500 lari pul oğurladığı bildirilir.

İnsident zamanı xəsarət alan olmayıb.

Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.

Paylaş

 Xəbəriniz olsun