Tbilisidə reklam lövhələrində Azərbaycan bayrağı əks olunub – FOTO

  • Space TV
  • 10 Noyabr 2020 14:29

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrindəki binalarda quraşdırılmış iri reklam lövhələrində Azərbaycan bayrağı nümayiş etdirilib.

Spacetv.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə gerçəkləşdirilən maraqlı aksiya ölkəmizin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə baş tutub.

Aksiya şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər beş mərkəzi küçəsindəki binaları əhatə edib. Binaların üzərlərindəki iri monitorlarda və ya damlarda quraşdırılmış lövhələrdə Azərbaycan bayrağının əks olunduğu çarx gün ərzində nümayiş olunub.

Paylaş

 Xəbəriniz olsun