Tbilisidə gəlin və bəyin iştirakı ilə qeyri-adi aksiya

  • Space TV
  • 20 İyun 2020 11:55

Gürcüstanın paytaxtında hökumət administrasiyasının binası qarşısında qeyri-adi etiraz aksiyası keçirilib. Nümayişdə yaradıcı peşələrin nümayəndələri – musiqiçilər, fotoqraflar və dizaynerlər iştirak edib. Qeyri-adi performansın əsas simvolu isə ağ geyimli gəlin və bəy olub.

“Sputnik” sözügedən aksiyadan kadrlar yayımlayıb.

Fəallar kütləvi tədbirlərin – toy və korporativlərin keçirilməsinə icazə verilməsini tələb ediblər. Belə ki, onlar pandemiya dövründə əsas qazanc mənbələrindən məhrum olublar.

Paylaş

 Xəbəriniz olsun