Tbilisidə federasiya nümayəndələri ilə azarkeşlər arasında dava düşüb

  • Space TV
  • 13 Noyabr 2020 16:15

Gürcüstan Futbol Federasiyasının (GFF) binası qarşısında gənclər təşkilatlarının nümayəndələrinin aksiyasında dava-dalaş düşüb.

Spacetv.az xəbər verir ki, aksiyaçılar Gürcüstan və Şimali Makedoniya yığmaları arasındakı qarşılaşmadan sonra azarkeşin cərimələnməsinə etiraz ediblər. Gənclər aksiyanın sonunda GFF ofisinə Corc Oruellin “Heyvanxana” əsərini və boşalmış futbol topunu veriblər.

Dava-dalaş bir neçə dəqiqə davam edib. Aksiya iştirakçıları federasiya nümayəndələrini güc tətbiqində ittiham ediblər.

Qeyd edək ki, Tbilisidə keçirilmiş AVRO-2020-nin pley-off mərhələsinin final oyununda Gürcüstan millisi Şimali Makedoniyaya 0:1 hesabı ilə məğlub olub və qitə çempionatında iştirakdan məhrum olub.

Oyun saat 22.00-dan sonrayadək davam edib. Bu saatda isə Tbilisidə hərəkət məhdudlaşdırılır. Azarkeşlərdən biri oyundan sonra evinə qayıdarkən polis tərəfindən cərimələnib.

Paylaş

 Xəbəriniz olsun