Tayvanda səkkiz ayda ilk dəfə yerli sakində koronavirus aşkarlandı

  • Space TV
  • 23 Dekabr 2020 09:52

Tayvanda 253 gün ərzində ilk dəfə yerli sakində koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

“İnterfaks”ın məlumatına görə, bu barədə Mərkəzi İnformasiya Agentliyi xəbər yayıb.

Koronavirusa yoluxan tayvanlı, bir gün əvvəl xəstəlik aşkarlanan Yeni Zelandiyadan olan mühəndislə ünsiyyətdə olub.

Tayvanda pandemiya başlayandan bəri ümumilikdə 771 nəfər koronavirusa yoluxub, onlardan yeddi nəfəri vəfat edib.

Paylaş

 Xəbəriniz olsun