Taysonun rinqə qayıtması vaxtı dəyişdi

  • Space TV
  • 10 Avqust 2020 10:28

Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Taysonla dörd çəki dərəcəsində keçmiş dünya çempionu Roy Cons arasında döyüşün tarixi dəyişdirilib.

Bu barədə “The ring” məlumat yayıb.

Sentyabrın 12-də keçirilməsi nəzərdə tutulan döyüş noyabrın 28-nə dəyişdirilib.

Döyüşün vaxtının dəyişdirilməsi təşəbbüsü ilə M.Taysonun komandası çıxış edib.

Onlar bu cür dəyişikliklə əlavə gəlir əldə oluna biləcəyini düşünüblər.

R.Consun komandası da bununla razılaşıb.

Paylaş

 Xəbəriniz olsun