Tayson Eminemi nokauta saldı

  • Space TV
  • 10 Mart 2020 15:29

Ağır çəkili keçmiş dünya çempionu Mayk Tayson Eminemin yeni klipinə çəkilib.

REN TV-nin məlumatına görə, “Godzilla” mahnısının süjetinə əsasən “Dəmir Mayk” əvvəl amerikalı repçini nokauta salır, sonra isə prodüser Dr.Dre ona tibbi yardım göstərməyə başlayır. 

“Mən Eminemi yeni klipində nokauta salmaqla yaxşı vaxt keçirmişəm. Dr.Dre ilə gördüyünüz böyük işlər həqiqətən ruhlandırır”, – deyə Mayk Tayson bildirib.

Qeyd edək ki, klip 2019-cu ilin dekabr ayında narkotikdən ölən repçi “Juice Wrld”ə həsr olunub.

Mike Tyson✔@MikeTyson

Had a good time knocking out @Eminem in his new video. Truly inspiring how you and Dre are still doing big things. Watch the full music video at https://youtu.be/r_0JjYUe5jo  #godzillachallenge

Paylaş

 Xəbəriniz olsun