“Taxta bazarı”nda yanğınla əlaqədar xəstəxanaya aparılan şəxslər evə buraxılıblar

  • SpaceTV
  • 23 Avqust 2019 10:56

Space TV yazır ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə,

dünən Bakının Nərimanov rayonunda  “Taxta bazarı”  kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan FHN əməkdaşları artıq xəstəxanadan buraxılıblar.

“Hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur”, – məlumatda qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun