Yanğının söndürülməsinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb olunub
Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Yanğının söndürülməsinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb olunub.Yanğın barədə məlumat daxil olan kimi, dərhal yanğın bölmələri hadisə yerinə cəlb olunub. FHN-nin əməkdaşları hadisə yerinə vaxtında çatıblar.
Sahibkarların dediklərinə görə, yanğın qısa qapanma nəticəsində baş verib və küllü miqdarda ziyan dəyib.