“Taxt-tac oyunları” serialının məşhur aktyoru koronavirusa yoluxdu

  • SpaceTV
  • 17 Mart 2020 12:06

“Taxt-tac oyunları” serialında Tormund rolu ilə yadda qalan aktyor Kristofer Hivyu koronavirusa yoluxub.

“The Mirror” xəbər verir ki, aktyor hal-hazırda Norveçdə karantində olduğunu bildirib.

“Mənin təhlillərim müsbət çıxdı. Ailəmlə birgə təcrid olunmuşuq. Səhhətimiz yaxşıdır”, – deyə K.Hivyu qeyd edib.

Xatırladaq ki, son günlərdə koronavirusa Tom Henks, Olqa Kurilenko və İdris Elba kimi məşhur aktyorlar yoluxub.

Paylaş

 Xəbəriniz olsun