“Taxt oyunları” serialının ulduzları ilk dəfə valideyn oldular – FOTO

  • Space TV
  • 18 Fevral 2021 10:29

“Taxt oyunları” (“Game of Thrones”) serialında “Con Snou” və “köçəri İqritt”  rolları ilə tanınan Kit Harrinton və Rouz Leslinin övladları dünyaya gəlib.

Bu barədə “Page Six” xəbər yayıb.

Bildirilir ki, gənc cütlüyün oğulları olub. Lakin körpənin adı açıqlanmayıb.

Xatırladaq ki, Harrinqton və Lesli “Taxt oyunları” serialında çəkilişlər zamanı tanış olublar və həyatlarını birləşdiriblər.

Paylaş

 Xəbəriniz olsun