SPACE.TV-məlumat verir ki, Tovuz rayonunda da yanğın baş verib. Rayonun Dönük Qırıqlı kənd ərazisində baş verən yanğını iki saatdan sonra söndürmək mümükün olub.
Alovun söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Sonra 4 hektar taxıl sahəsində başlayan alovu ram etmək mümkün olub. Yanğının baş vermə səbəbləri araşdırılır.