Taxıl sahəsi yanıb – VİDEO

  • SpaceTV
  • 7 Oktyabr 2019 17:31

Anidən başlayan yanğın taxıl sahəsini cənginə alıb. Yanğınsöndürənlər vaxtında hadisə yerinə gələrək, fəsadın qarşısını ala biliblər.

Kürdəmirdə taxıl sahəsi yanıb. Hadisə rayonun Şıxımlı kəndində – bələdiyyəyə məxsus taxıl sahəsində baş verib. Sahənin əsas hissəsi biçilmiş, az hissəsi isə biçilməmiş ərazidən ibarət olub. Hadisə yerinə Fövqəlaqə Hallar Nazirliyinin Küdəmir Rayon Yanğından mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun