Taxil səpini

  • SpaceTV
  • 27 Noyabr 2019 12:16

Ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti olan taxılçılıq Cəlilabadın aqrar sektorunun aparıcı sahəsini təşkil edir. Buna görə də torpağın şumlanmasından başlayaraq əkilib-becərilməsinə qədər bütün proseslər mütəxəssislərin nəzarət altında aparılır. Bu il uzun payızın uzunmüddət quraq keçməsinə baxmayaraq, artıq dəmyə şəraitində taxıl əkininə başlanılıb. Taxıl əkininə 200-ə yaxın taxılsəpən texnika cəlb olunub.

Əkin zamanı yüksək reproduksiyalı “Bərəkətli-95”, “Qobustan”, “Şəfəq-2”, “Taleh-38” kimi  toxumlardan istifadə olunur.

Qeyd edək ki, ötən ilin payızında bu ilin məhsulu üçün rayonda əkilmiş 63 min hektar taxl sahəsindən 200 min tondan çox “sarı kəhrəba” istehsal olunub.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun