Taxıl gübrələnir

  • SpaceTV
  • 15 Fevral 2020 16:26

Mütəxəssislərin fikrincə kollanma fazasında olan bitkinin inkişafını təmin etmək üçün ilk növbədə sahələrə yemləmə gübrəsi verilməlidir. Dəmyə şəraitində becərilən taxıla fevral ayından başlayaraq, suvarma zonalarında isə gübrə sahələrə ikinci vegetasiya suyundan əvvəl səpilməlidir. Cəlilabadlı fermerlər artıq prosesə start veriblər.
Havaların quraq keçməsi, eyni zamanda sərt şaxtaların olmaması taxıl sahələrində siçanabənzər gəmricilərin çoxalıb aktivləşməsi üçün münbit şərait yaradıb. Hazırda sahələrdə sirayətlənmə müşahidə olunmasada, mütəxəssislər hesab edir ki, fermer taxıl sahəsindən bol məhsul götürmək istəyirsə, siçanabənzər gəmiricilərin yuvalarına vaxtında aldadıcı yemlər qoymalıdırlar.
Bütün bunlarla yanaşı təsərrüfat sahibləri taxılın gövdəsi hündürləşib bərkiyənə kimi yabanı otlara qarşı mübarizə aparmağı nəzərdə tutublar.  Yeri gəlmişkən ötən il Cəlilabadın taxıl zəmilərində orta məhsuldarlıq 37,2 sentner olub. Ümumilikdə isə 203 min ton taxıl tədarük edilib. Bu mövsüm isə 63500 hektar sahədə əkilən taxıl yerindən 240 min tona yaxın məhsul yığılacağı praqnozlaşdırılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun