Tatlısəsin sevgilisi koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

  • SpaceTV
  • 30 Mart 2020 12:39

İbrahim Tatlısəsin qızının sevgilisi Levent Dörter koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, Dilan Çıtak Tatlısəsin sevgilisi özünün “Instagram” hesabında bu barədə məlumat verib:

“Bu axşam COVID-19 simptomları ilə əlaqədar xəstəxanaya yerləşdirildim. Burada hər şey yaxşıdır, narahatlığa heç bir əsas yoxdur. Sizlərin duası ilə ayağa qalxacağam, inşallah!”

Musiqiçi sosial media hesabından hər kəsə xəbərdarlıq yollayıb. 

“Dünəndən bəri telefonlara cavab vermirəm. Axtaran, soruşan hər kəs sağ olsun! Xahiş edirəm, diqqətli olun, başınızı evdən bayıra çıxarmayın! Heç vaxt “mənə heç nə olmaz” deməyin! Bu lənətə gəlmiş virus insanı tapır”.

İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs isə sosial media hesabından psixoloji vəziyyətinin yaxşı olmadığını bildirib. 

Paylaş

 Xəbəriniz olsun