Tarkan Yeni il konserti üçün şərtini açıqladı

  • SpaceTV
  • 12 Noyabr 2019 13:18

Yeni ili Şimali Kiprdə qarşılayacaq tanınmış türkiyəli müğənni Tarkan konserti üçün şərtlərini açıqlayıb.  

SPACE TV  xəbər verir ki, Tarkanın konserini izləmək üçün ən azı hoteldə üç gecə-dörd gün qalmaq lazımdır.

Bu, 20 min lirəyə (6000 min manat) başa gəlir.

Konsert meqastarın istəyinə görə təyin olunacaq. Konsertdə qonaqlara yalnız meyvə, pendir, çips, çərəzlər və içkilər servis ediləcək. 

Tarkan rekord qiymətə səhnəyə çıxmağa razılıq verib. Şimali Kiprdəki bahalı hoteldə səhnəyə çıxacaq Tarkan iki saatlıq konsert üçün iki milyon TL ( 590 min manat ) alacaq.

Konsertdə meqastarı həyat yoldaşı Pınar Dilek Tevetoğlu və qızı Liya tək qoymayacaq.  

Paylaş

 Xəbəriniz olsun