Tarkan konsertlərdən rekord məbləğ qazandı

  • Space TV
  • 26 Dekabr 2019 11:30

Tanınmış türkiyəli müğənni Tarkan altı ayda verdiyi konsertlərdən rekord pul qazanıb.

SPACE TV  xəbər verir ki, dünyaca məşhur müğənni qızı Liya anadan olduqdan sonra konsertlərinə fasilə vermişdi.

Yenidən səhnələrə qayıdan Tarkan heç kəsin indiyə kimi qazana bilmədiyi pula sahib olub. Tarkan son altı ayda Türkiyə və Avropada verdiyi konsertlərdən 18 milyon 600 min lirə (təxminən 5,3 milyon AZN – red.) qazanıb.  

Eyni zamanda, Tarkanın 14 fevral “Sevgililər günü”ndə rekord qiymətə anlaşdığı bildirilir. Amma hələlik onun harada konsert verəcəyi açıqlanmayıb.

Qeyd edək ki, Tarkan Yeni il gecəsi Şimali Kiprdəki bahalı hoteldə səhnəyə çıxacaq. Tarkan iki saatlıq konsert üçün iki milyon TL (590 min manat – red.) alacaq.

Konsertdə meqastarı həyat yoldaşı Pınar Dilek Tevetoğlu və qızı Liya tək qoymayacaq.  

Paylaş

 Xəbəriniz olsun