Tarixi irsi qoruyan işıqforlar

  • SpaceTV
  • 30 Avqust 2019 14:29

Danimarkada hələlik 17 yeni işıqfor quraşdırılıb. İşıqforlarda adi işarələrin əvəzinə əllərində döyüş qalxanı və baltası tutan vikinqlər təsvir edilib. Şəhər şurasının üzvü Buenyamin Simsektakimin sözlərinə görə, Orhus bununla şəhərin tarixi irsini vurğulayır.

Məlumatda, döyüşçülər buynuzlu dəbilqə olmadan təsvir edilib. Çünki şəhərin hakimiyyət orqanları vikinqlər tərəfindən “buynuzlu dəbilqə”dən istifadə faktının sübut olunmadığını hesab edir.

Qeyd edək ki, Orhus şəhəri vikinqlər tərəfindən hələ VIII əsrdə, Yutlandiya yarımadasının şərq sahilboyunda salınıb. Şəhər yarandığı vaxtdan regionun iqtisadi və mədəni mərkəzinə çevrilib və məşhur limana malik olub. Hazırda Orhus Danimarkanın ikinci ən böyük şəhəridir.

Paylaş

 Xəbəriniz olsun