“Tarixdə olmayan bir silah istehsal etmişik, ABŞ bizdən bu mövzuda geri qalır” – Vladimir Putin

  • Space TV
  • 2 Mart 2020 14:50

Rusiya prezidenti Vladimir Putin İdlibdəki gərginliklə bağlı danışıb.

SPACE TV  bildirir ki, Rus dövlət agentliyi TASS-a açıqlama verən Rusiya lideri heç kimlə müharibə etmək niyyətlərinin olmadığını, tarixdə olmayan bir silah istehsal etdiklərini və bu mövzuda ABŞ-ın onlardan geri qaldığını qeyd edib.

Qeyd edək ki, Suriyanın İdlib bölgəsindəki son çatışmalardan sonra bu Putinin mövzu ilə bağlı ilk açıqlaması olub. İdlibdə rejim qüvvələrinin hücumu nəticəsində 34 türk əsgəri şəhid olmuş, Türkiyə tərəfi dünən bölgədə “Bahar qalxanı” hərəkatını başlatdığını açıqlamışdı.

Paylaş

 Xəbəriniz olsun