Tarasovdan ermənilərə şok: Rusiya bu haqda düşünmür

  • Space TV
  • 6 Oktyabr 2020 12:49

Rusiya zəmanəti yalnız Ermənistan üçün verə bilər, Qarabağ üçün deyil. Moskva yalnız bir halda hər hansı fikir bildirə bilər – birbaşa Ermənistan ərazisinə hücum olarsa…

Spacetv.az ki, bu barədə erməni nəşri “168.am”a müsahibəsində rusiyalı politoloq Stanislav Tarasov bildirib. Onun sözlərinə görə, dünya ölkələri, o cümlədən Rusiyanın diplomatiyası koma vəziyyətinə düşüb: zənglər, danışıqlar, görüşlər – bütün bunlar artıq faydasızdır.

“Diplomatiya müharibədən əvvəl işləməli idi, indi söz sahibi gücdür”, – Tarasov deyib.

Son günlər Ermənistan-Rusiya mətbuatında cərəyan edən Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsindən danışan Tarasov əminliklə bildirib ki, Moskva sülhməramlılarını Qarabağda yerləşdirmək barədə heç düşünmür də!

Paylaş

 Xəbəriniz olsun