Tapança alışqanla aptekə basqın etdi

  • Space TV
  • 28 Aprel 2020 12:43

Aprelin 21-də axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən aprektlərdən birində üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Sabunçu Ratyon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi  və 15-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş İlqar Paşayev müəyyən olunaraq tutulub. O, ifadəsində uzun müddətdir ki, narkotik vasitələrdən asılı olduğunu və bu səbəbdən aptekə basqın etdiyini bildirib. Saxlanılan şəxs aptekdən əldə etdiyi pulla şəxsiyyəti hələ ki, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün narkotik vasitələr aldığını bildirib.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.1 (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə cinayət işi başlanılıb. İ.Paşayevin ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun