Tap üzrə işlərin 90 %-i tamamlanıb

  • SpaceTV
  • 24 Oktyabr 2019 15:23

Avropaya qazın çatdırılmasını təmin edən əsas həlqə -Trans-Adriatik qaz boru kəməri üzrə işlərin icra vəziyyəti 90%-ə yaxındır. 2020-ci il Avropanın uzun illərdir ki, müzakirə etdiyi və nail olmağa çalışdığı şaxələndirmə planının gerçəkləşdiyi tarix olacaq. Bu sözləri energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Beynəlxalq enerji xartiyası forumunda çıxışı zamanı bildirdi.

Çıxış edən enerji xartiyasının baş katibi Urban Rusnak Azərbaycanın sədrliyi dövründə atılacaq addımlardan danışdı.

Gələn il Azərbaycan Beynəlxalq enerji xartiyası  forumuna sədrlik edəcək. Foruma 13 ölkənin- Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya, İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəmənin yüksək səviyyəli dövlət rəsmiləri qatılıb. Azərbaycan  55 üzv ölkəni birləşdirən Beynəlxalq Enerji Xartiyası ilə 20 ildən çoxdur ki, əməkdaşlıq edir.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun