Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətinin iki dəfə artırılmasına bir milyard avrodan çox vəsait tələb oluna bilər.
Qaz kəmərinin gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrədək artırmaq üçün 1 035 mln avro tələb olunacaq.
Konsorsiumdan təqdim olunmuş materiallarda qaz kəmərinin 4 genişləndirilmə mərhələsi göstərilib.
Məlumata əsasən, kəməri mövcud konfiqurasiyadan (illik 10 milyard kubmetr) yuxarıda göstərilən hər bir həcmədək genişləndirmək üçün minimum 3 illik icra müddəti nəzərə alınmalıdır. Bəzi qurğuların (misal üçün, kompressorların) əvvəlcədən sifariş edildiyi təqdirdə tətbiq müddəti minimum 2 ilədək azaldıla bilər.
Qeyd edək ki, göstərilən qabiliyyətlər boru kəməri boyunca aralıq əlaqə (qoşulma) nöqtələrini nəzərdə tutmur.
Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.