Tanzaniya prezidentindən koronavirusa yoluxmuş oğlu ilə bağlı qeyri-adi açıqlama

  • Space TV
  • 18 May 2020 12:57

Tanzaniyanın dövlət başçısı Con Maqufuli koronavirusa yoluxan oğlunun ənənəvi müalicə üsulları ilə sağaldığını iddia edib.

“HaberGlobal”ın məlumatına görə, o, bunun üçün limon və zəncəfil qarışığından istifadə etdiklərini bildirib.

“Oğlum COVID-19-a yoluxduqdan sonra özünü təcrid etdi və müalicəyə başladı. Bitkilərdən, limon və zəncəfildən istifadə edərək, həmçinin, idmanla məşğul olaraq sağaldı”, – deyə prezident bildirib. 

Qeyd edək ki, Tanzaniyada bu günə qədər 509 yoluxma faktı qeydə alınıb. Onlardan 21 nəfər ölüb, 183 nəfər isə sağalıb.

Paylaş

 Xəbəriniz olsun