Tanınmış referi Yurgen Kloppu ikiüzlü adlandırdı

  • Space TV
  • 14 Yanvar 2021 16:11

İngiltərəli keçmiş futbol hakimi Mark Klattenburq “Liverpul”un baş məşqçisi Yurgen Kloppu təhqir edib.

Spacetv.az-ın məlumatına görə, tanınmış referi almaniyalı mütəxəssisi ikiüzlü adlandırıb.

Klattenburq bildirib ki, “Mançester Yunayted”in futbolçularının oyun vaxtı daha çox penalti qazanmağa çalışdığını söyləyən Klopp hakimlərə daha çox təzyiq göstərir: “Məhəmməd Salah və Sadio Mane də bu taktikadan istifadə edir. Aleks Ferqyusonla müqayisədə Klopp daha sərtdir. Halbuki o, ötən mövsüm özünü belə aparmırdı”.

Qeyd edək ki, Mark Klattenburq 2004-2017-ci illər ərzində İngiltərə Premyer Liqasında 292 oyun idarə edib.

Paylaş

 Xəbəriniz olsun