Tanınmış kinoprodüser dünyasını dəyişdi

  • SpaceTV
  • 26 Noyabr 2019 12:20

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının prodüseri İlqar Musayev dünən gecə dünyasını dəyişib.

SPACE TV xəbər verir ki, kinoprodüser beyin xərçəngindən əziyyət çəkirmiş.

Qeyd edək ki, İlqar Musayev “Cavanşir” (2002, animasiya filmi), “Basat və Təpəgöz” (2003, animasiya filmi), “Bəyaz həyat” (2003, bədii serial), “Arxada qalmış gələcək” (2004, tammetrajlı bədii film) “Qızıl” (2004, animasiya filmi) , “Ərazi” (2005, qısametrajlı bədii film), “Əlvida, cənub şəhəri” (2006, tammetrajlı bədii film), “Cavid ömrü” (2007, tammetrajlı bədii film) və.s. filmlərdə inzibatçı və kinoprodüser kimi işləyib.

Paylaş

 Xəbəriniz olsun