Tanınmış azərbaycanlı memar vəfat etdi – FOTO

  • Space TV
  • 6 Mart 2021 11:27

Azərbaycan Memarlar İttifaqının üzvü, əməkdar arxitektor, memar Əlibəy Novruzi vəfat edib.

Əlibəy Novruzi 1942-ci ilin noyabrın 8-də Bakı şəhərində anadan olub.

Əlibəy Novruzi üç il ardıcıl SSRİ-nin “İlin Ən Yaxşı Memarlıq Layihəsi” müsabiqəsinin qalibi olub.

“Küləyin binada hərəkəti” mövzusunda dissertasiya yazıb. O, Sumqayıtın baş memarı olub.

600-dən artıq memarlıq layihəsinin, 400-ə yaxın rəsm əsərinin və 3 kitabın müəllifidir. Memarlıq sahəsində iki ixtirası olub.

Paylaş

 Xəbəriniz olsun