Tanınmış aktrisa xərçəng səbəbindən vəfat etdi

  • Space TV
  • 17 İyul 2020 10:24

1990-cı ildə çəkilən “RoboKop 2” filmində rol alan tanınmış aktrisa Qalin Qorq vəfat edib.

space tv  xəbər verir ki, 55 yaşlı aktrisanın ağciyər xərçəngi iləbir müddətdir mübarizə apardığı bildirilib. Aktrisanın bacısı sosial şəbəkələrdə bununla bağlı paylaşım edib:

“Qorqa xərçəng diaqnozu qoyuldu və xəstəlik qısa müddətdə ciyərlərinə və vücuduna yayıldı. Ona daha bir neçə gün yaşayacağı deyilmişdi amma o uzun müddət mübarizə apardı və bir möcüzə olmasını gözlədi”.

Paylaş

 Xəbəriniz olsun