“Taliban” və hökumət qüvvələri arasında Kunduz şəhəri uğrunda döyüşlərdə 76 nəfər ölüb

  • SpaceTV
  • 2 Sentyabr 2019 11:57

Əfqanıstanda “Taliban” silahlıları və hökumət qüvvələrinin Kunduz şəhəri uğrunda döyüşlərində 76 nəfər ölüb, 80 yaralı var.

Space TV Xarici mətbuata istinadən xəbər verir ki, Kunduz şəhəri və ətrafında iki gündən artıq davam edən qızğın döyüşlərdə Əfqanıstan təhlükəsizlik qüvvələrinin 20 əsgəri, 5 polis əməkdaşı, “Taliban” hərəkatının isə 56 döyüşçüsü öldürülüb. Məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Daxili İşlər və Müdafiə nazirləri vəzifələrini icra edənlər Əsədullah Xalid və Məsud Əndərabi, habelə ABŞ və NATO qoşunlarının Əfqanıstandakı komandanı, general Skot Miller Kunduzda bölgəyə səfər ediblər.

Paylaş

 Xəbəriniz olsun