“Taliban” Əfqanıstanda hücuma keçdi: 21 ölü

  • SpaceTV
  • 29 Oktyabr 2019 16:38

Əfqanıstanda Cüzcan əyalətində “Taliban” terror qruplaşmasının növbəti hücumu baş tutub.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, baş vermiş hücum nəticəsində 20 polisin və 1 sivil vətəndaşın öldüyü, 5 polisin isə yaralandığı bildirilib. Həmçinin “Taliban” qruplaşmasının 5 üzvünün əsir götürüldüyü qeyd edilib.

“Taliban”dan verilən açıqlamada isə hücum nəticəsində 27 əsgərin öldüyü deyilib.

Paylaş

 Xəbəriniz olsun