Tailand kralı son 40 ildə ilk dəfə müsahibə verib

  • Space TV
  • 2 Noyabr 2020 14:24

Tailand kralı Maha Vatçiralonqkon (X Rama) bazar günü axşam Banqkok və Tailandın digər şəhərlərindəki etirazlara münasibət bildirib.

Spacetv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, kralın 40 ildən sonra verdiyi ilk müsahibəsidir.

Əvvəlcə “Şərh yoxdur” deyən monarx sonra üç dəfə ingilis dilində “Onsuz da onları sevirik”, – deyib.

O, jurnalistin Tailandın etirazçılarla kompromisə gedib-getməyəcəyi sualını da cavablandırıb:

“Tailand kompromislər ölkəsidir”.

Bundan sonra tailandlı monarx onu müşayiət edən kiçik qızı Şahzadə Sirivannavarinin qulağına bir neçə kəlmə pıçıldayıb və və qızı onun fikirlərini səsləndirib:

“Nə olursa-olsun, Tailand xalqını sevirik. Bura əmin-amanlıq olan ölkədir. Mən onu sevirəm. Həqiqətən, xoşbəxtəm, çünki bu, həqiqi sevgidir və bunu özünüz də görə bilərsiniz, elə deyilmi?”

Paylaş

 Xəbəriniz olsun