Tağı Əhmədov xəstəxanaya yerləşdirildi

  • Space TV
  • 26 Yanvar 2021 16:29

“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb.

Spacetv.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, onun ayaqları tutulub. T. Əhmədov Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

Onun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub.

Hazırda metropolitenin keçmiş rəisinin vəziyyətinin ağır olduğu bildirilir.

Paylaş

 Xəbəriniz olsun