Tacikistan Qırğızıstan sərhədində toqquşma olub

  • Space TV
  • 18 Dekabr 2019 15:45

Tacikistan-Qırğızıstan sərhədində 200 nəfərin iştirakı ilə münaqişə baş verib, sərhəddə yaşayan insanlar bir-birini daşqalaq ediblər.

Məlumatı Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti yayıb.

Rəsmilərin açıqlamalarına əsasən, sərhəd xidmətinin əməkdaşları, vilayətin administrasiya orqanlarının rəhbərləri və hər iki ölkənin hüquq-mühafizə orqanları hadisə yerinə gəliblər. Dövlət qurumları dava edən tərəfləri sakitləşdirə biliblər.

Münaqişəyə səbəb ötən gün Qırğızıstan vətəndaşının bir neçə tacik tərəfindən döyülməsdir.

Paylaş

 Xəbəriniz olsun