Tac-Mahalda bomba həyəcanı: Min turist təxliyə edildi

  • Space TV
  • 4 Mart 2021 12:12

Hindistanın Aqra şəhərində (Uttar-Pradeş ştatı) Tac-Mahal məqbərəsindən azı min turist partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

“Hindustan Times”ın yerli polisə istinadən verdiyi məlumata görə, təcili təxliyə partlayışla bağlı anonim telefon xəbərdarlığından sonra həyata keçirilib.

Tac-Mahal kompleksi polis tərəfindən mühasirəyə alınıb. Təhlükəsizlik qüvvələri partlayıcı qurğunu axtarır.

Paylaş

 Xəbəriniz olsun