Təzəpir məscidində şəhidlərimizin xatirəsi yad edilib

  • Space TV
  • 4 Dekabr 2020 14:29

Dekabrın 4-də Təzəpir məscidində Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Şəhidlərin ruhuna dualar oxunub, namaz qılınıb.

Spacetv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında bu gün Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin dərin ehtiramla yad edildiyini bildirib.

O deyib ki, 30 il idi torpaqlarımız işğal altında idi. Azad edilmiş ərazilərimizdəki məscidlər bərpa ediləcək, həmin məscidlərdən azan səsləri eşidiləcək.

Bu gün bir çox məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərimizin xatirəsi yad edilir. Müqəddəs Quranın buyurduğu kimi, şəhidlər ölməzdir.

Paylaş

 Xəbəriniz olsun